Cəlilabadda iki maşın toqquşub, xəsarət alan var

Cəlilabadda iki maşın toqquşub, xəsarət alan var

Tarix: 12 Jan 2024 11:12

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının 127 km-də qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1999-cu il təvəllüdlü Dilşad Bədəlov xəsarət alıb. Xəsarət aıan şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın əlverişsiz hava şəraitinə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti