Oğuzda bina yanıb

Oğuzda bina yanıb

Tarix: 12 Jan 2024 15:18

Oğuzda yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 14 radələrində Oğuz şəhəri 20 Yanvar küçəsində, ümumi sahəsi 380 kv/m olan kürsülü birmərtəbəli binada yanğın baş verib. Yanğının söndürülməsi üşün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb. Xəsarət olan olmayıb. Qeyd edək ki, binada üç ailə yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti