Azad edilmiş ərazilərdə rabitə və internet sahəsində görülən işlər açıqlanıb

Tarix: 05 Jan 2026 10:22

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub.

Bu barədə "APA-Economics"ə “Aztelekom” MMC-dən bildirilib.

Məlumata görə, son bir ildə bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.

Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.

Əşrəf Mehdiyev rabitə internet

Xəbər Lenti