ABL-də daha bir oyun keçirilib

ABL-də daha bir oyun keçirilib

Tarix: 12 Jan 2024 20:58

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub. 

"Qafqazinfo" xəbər verir ki, "Sumqayıt" yerli publika önündə, çempionatın liderlərindən sayılan "NTD-İNDİQO" klubunu qəbul edib. Əlavə vaxtın (95-95) qeydə alındığı gərgin oyunun yekununda, Xaçmaz təmsilçisi "NTD-İNDİQO" 104-95 hesablı qələbəyə sevinib. 

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 21 xal, 13 ribaund), "NTD-İNDİQO" (Qriffin Remmi - 23 xal, 14 asist).

Mənbə: qafqazinfo.az

Xəbər Lenti