Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 13 Jan 2024 11:01
Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə Hidayət Əzimov təyin edilib.
Artıq yeni nazir müavini ilə bağlı məlumat nazirliyin saytındakı müvafiq bölmədə yerləşdirilib.
Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
Bu təyinata qədər o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Mənbə: qafqazinfo.az