Çərşənbə, 7 Yanvar, 2026
Tarix: 06 Jan 2026 01:15
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında Misir millisi Benin yığması ilə qarşılaşıb.
Dörd qolun vurulduğu görüşdə qalib tərəf birincilər olub. Oyun Misirin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə Nigeriya millisi Mozambiki 4 cavabsız qolla məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb - 4:0.
ApaSport