Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 13 Jan 2024 13:04
Bu gün Afrika Millətlər Kuboku start götürür.
“Qafqazinfo” xəbər verir ki, Afrika Futbol Konfederasiyası tərəfindən təşkil olunan 34-cü turnir Fil Dişi Sahilində baş tutacaq.
Yarış 13 yanvar - 11 fevral tarixləri arasında keçiriləcək. Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparır. Turnirin son qalibi Seneqal milli komandasıdır.
Qeyd edək ki, yarışda Azərbaycan Premyer Liqasından Kabo-Verde yığmasında çıxış edən “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade iştirak edir.
Mənbə: qafqazinfo.az