Cümə axşamı, 15 Yanvar, 2026
Tarix: 06 Jan 2026 17:52
“Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.
“APA-Economics” xəbər verir ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.
Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.
APA-Economics Memar Əcəmi