Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 14 Jan 2024 09:22
“Xaliq Faiqoğlu” şirkəti hava şəraiti ilə əlaqədar yanvarın 13-dən gücləndirilmiş iş rejiminə keçib.
Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, marştut xətlərinə təyin edilmiş sayda avtobusların çıxarılması təmin edilib:
“Sərnişindaşımanın müntəzəmliyinin təmin edilməsi, əhalinin ictimai nəqliyyata olan inamının möhkəmləndirilməsi məqsədilə gücləndirilmiş rejimdə çalışırıq. Bununla əlaqədar yanvarın 13-dən müvafiq tədbirlər həyata keçirilib, həmçinin ən təcrübəli sürücülərin xəttlər üzrə işə xidmət göstərməsi planlaşdırılıb”.




Mənbə: qafqazinfo.az