Dumanlı hava daha 2 gün davam edəcək

Tarix: 07 Jan 2026 09:21

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır: "Dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Gülcahan Məmmədova duman hava

Xəbər Lenti