"Bitcoin"in qiyməti 93 min dollardan aşağı enib

Tarix: 07 Jan 2026 09:20

Kriptovalyuta bazarının lideri "Bitcoin"in qiyməti 93 min dollardan aşağı enib.

“APA-Economics” xəbər verir ki, Bitcoin son sutkada 1,27% ucuzlaşaraq 92 543 ABŞ dolları səviyyəsində ticarət edilib. Aparıcı kriptovalyutanın bazar kapitallaşması 1,84 trilyon dolları təşkil edib.

Son sutkada Ethereum da ucuzlaşıb. Aktivin qiyməti 0,55% azalaraq 3 249 dollar səviyyəsində formalaşıb. Ethereum-un bazar dəyəri 392,1 milyard dollar təşkil edib.

Stabilkoinlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Tether (USDT) son 24 saatda 0,07% azalaraq 0,999 dollar, USDC isə 0,04% azalma ilə 0,9992 dollar səviyyəsində olub.

Alt­koinlər arasında isə fərqli dinamika qeydə alınıb. XRP son sutkada 5,9% azalaraq 2,25 dollar, Dogecoin isə 2,48% ucuzlaşaraq 0,1479 dollar səviyyəsində ticarət olunub.

Digər əsas kriptovalyutalarda da günlük dəyişikliklər müşahidə edilib. Solana son sutkada 0,18%, BNB 0,25%, TRON isə 0,75% artım göstərib. Cardano-nun qiyməti isə 3,22% azalıb.

Analitiklər günlük dalğalanmaları əsasən qısa­müddətli mənfəət realizasiyası, ABŞ maliyyə bazarlarında gözləntilər və investorların risk mövqelərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər.

Rahim Tarıverdiyev kriptovalyuta birja Bitcoin Tether XRP BNB

Xəbər Lenti