Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 10:30
Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri regionun gələcək inkişafında önəmli rol oynayacaq.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində çox vacib, çox önəmli və xüsusi əhəmiyyət kəsb edən məsələlərə toxunub: “Müsahibədə xarici siyasət, təhsil, eləcə də sosial layihələr kimi bir çox istiqamətlər əhatə olunub. Prezidentin üzərində xüsusi dayandığı ən önəmli məsələlərdən biri də Qarabağa və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və abadlıq işləri oldu, önəmli mesajlar verildi”.
Ceyhun Məmmədov qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda sürətlə bərpa və quruculuq işləri aparılır: “İnfrastruktur, yaşıl enerji layihələri həyata keçirilir, yaşayış məntəqələri bərpa olunur, tikilir, sənaye parkları yaradılır, bölgənin turizm potensialı inkişaf etdirilir. Prezident bu proseslərə birbaşa nəzarət edir, mütəmadi olaraq bölgələrə səfərlər edir, görülən işlərlə yaxından maraqlanır. Eyni zamanda insanlarla görüşür, onların fikirlərini dinləyir və həyata keçirilən layihələrə xüsusi diqqət ayırır. Eyni zamanda avtomobil və dəmir yollarının tikintisi xüsusi diqqət mərkəzində saxlanılır. Söhbət həm ölkənin bölgələrini birləşdirəcək, həm də tranzit nəqliyyat dəhlizləri baxımından mühüm əhəmiyyətə malik olacaq infrastruktur layihələrindən gedir. Şərqi Zəngəzurda və Qarabağda aparılan bu quruculuq işləri regionun gələcək inkişafı üçün möhkəm təməl yaradır”.
Ceyhun Məmmədov Milli Məclisin deputatı Qarabağ Şərqi Zəngəzur