Tanınmış rejissor Cəfər Pənahi həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir

Tarix: 07 Jan 2026 12:29

İranlı rejissor və ssenarist Cəfər Pənahi onu gözləyən həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir.

APA xəbər verir ki, bunu rejissor “The Hollywood Reporter”ə müsahibəsində deyib.

Filmlərində İran hökuməti əleyhinə təbliğat aparmaqda ittiham olunan Cəfər Pənahinin ölkədən çıxmasına 10 ildən çox müddət ərzində qadağa qoyulub. Qadağa aradan qaldırıldıqdan sonra isə o, 2023-cü ildə İranı tərk edib.

Bundan sonra rejissor Ötən il 78-ci Kann Film Festivalında Qızıl Palma Budağı mükafatına layiq görüldüyü son filmi “Bir sadə qəza”ya görə bu dəfə qiyabi olaraq həbs edilib.

Rejissorun vətənə qayıdacağı təqdirdə saxlanılacağı istisna edilmir.

O, bu filmin istehsalında özünün İranda həbsxanada olduğu dövrdən və burada tanış olduğu insanlardan ilhamlanıb. Filmdə etirazlar zamanı həbs olunan şəxslərə qarşı yönəlmiş zorakılıqdan və onun fəsadlarından bəhs olunur.

Qeyd edək ki, Cəfər Pənahi hazırda İranda davam edən etiraz aksiyalarına da dəstəklədiyini bildirib.

Toğrul Quluzadə İran rejissor Cəfər Pənahi

Xəbər Lenti