“Sabah” turun bağlanış matçında qələbə qazandı

“Sabah” turun bağlanış matçında qələbə qazandı

Tarix: 15 Jan 2024 11:03

Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun son oyunu baş tutub.

“Qafqazinfo” xəbər verir ki, çempionatın lideri "Sabah" yerli "Gəncə" basketbolçularına 103-86 hesabı ilə qalib gələrək liderliyini qoruyub.

Ən məhsuldar basketbolçular: "Gəncə" (Kenyon Dulinq - 23 xal, 3 asist), "Sabah" (Entoni Vilson - 36 xal, 10 ribaund).

Mənbə: qafqazinfo.az

Xəbər Lenti