Azərbaycan millisi pley-off şansını itirdi

Azərbaycan millisi pley-off şansını itirdi

Tarix: 21 Nov 2023 02:36

AVRO-2024-ün seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, daha 3 qrupda mübarizə yekunlaşıb.

Keçirilən 7 oyunun nəticəsinə görə, C qrupunda İtaliya, E qrupunda Çexiya, H qrupunda Sloveniya final mərhələsinə vəsiqəni təmin edib. Qazaxıstanın Sloveniyaya uduzması ilə Azərbaycan millisi AVRO-2024-ə vəsiqə uğrunda pley-off şansını itirib.

AVRO-2024, seçmə mərhələ X tur 20 noyabr

C qrupu Şimali Makedoniya – İngiltərə 1:1 Ukrayna – İtaliya 0:0

E qrupu Albaniya – Farer adaları 0:0 Çexiya – Moldova 3:0

H qrupu Şimali İrlandiya – Danimarka 2:0 San Marino – Finlandiya 1:2 Sloveniya – Qazaxıstan 2:1

Mənbə: qafqazinfo.az

Xəbər Lenti