Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 15 Jan 2024 16:59
Prezident İlham Əliyev yazıçı, jurnalist Ramiz Əskərovla bağlı Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, yanvarın 10-da R. Əskərovun 70 yaşı tamam olub. O, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Mənbə: qafqazinfo.az