Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 15 Jan 2024 19:30
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə iranlı həmkarı Məhəmməd Aştiyani arasında telefon danışığı olub və ikitərəfli münasibətlər müzakirə olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı ilə bağlı açıqlamada iki ölkənin böyük əhəmiyyətə malik müqavilə imzalayacağı bildirilib.
Müdafiə Nazirliyinin bəyanatına görə, Şoyqu və Aştiyani Rusiya-İran münasibətlərinin əsas prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin digər prinsiplərinə qeyd-şərtsiz hörmətlə bağlı dəyişməz qarşılıqlı öhdəliklərin qorunub saxlanıldığını vurğulayıblar. Bu məsələlər Rusiya ilə İran arasında imzalanmaq üçün hazırlanan böyük müqavilədə yer alacaq.
Nazirlər Rusiya və İran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib, regionda təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Şoyqu iki ölkənin həqiqətən bərabər çoxqütblü dünya qurmaq üçün birgə səylərinin durmadan artdığını vurğulayıb.
Mənbə: qafqazinfo.az