Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 16 Jan 2024 02:49
Rumıniyanın FCSB klubunun hücumçusu Andrea Kompanyonun karyerasını Azərbaycanda davam etdirmə ehtimalı var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Belə ki, italiyalı forvardın xidmətində “Neftçi” maraqlıdır. Buxarest təmsilçisinin prezidenti Cici Bekali Kompanyo üçün 400 min avroluq təklif aldığını və futbolçunu satmağa hazır olduğunu bildirib. Yerli media təklif göndərən klubun “Neftçi” olduğunu iddia edir.
Qeyd edək ki, FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında “Universitatya Krayova” klubundan transfer edib. Onun dəyəri 2,3 milyon avro olaraq qiymətləndirilib.
Mənbə: qafqazinfo.az