Ronaldo FİFA-nın səsverməsində iştirakdan imtina etdi

Ronaldo FİFA-nın səsverməsində iştirakdan imtina etdi

Tarix: 16 Jan 2024 04:35

“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldo Beynəlxalq Futbol Federasiyasının ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, məlumat federasiyanın saytında yayılıb.

Sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli olan Ronaldonu Pepe əvəz edib.

Birinci yer Bernard Silvaya, ikinci yer Erlinq Haalanda, üçüncü yer isə Viktor Osimhenə verilib.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti