Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 16 Jan 2024 08:06
Şəmkirdə eyni qəsəbədə iki evdə baş verən yanğının təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bitişik evlərdəki yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə yanğın başlayıb.
Partlayış zamanı 1946-ci il təvəllüldlü Şücayət Novruzova müxtəlif bədən xəsarətləri alıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Yanğınsöndürənlər alovu söndürüb. Fakt araşdırılır.
***
05.33
Şəmkirdə eyni ərazidə iki ev yanır.
APA-nın yerli bürosunun məlumatına görə, hər 2 hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Sözügedən qəsəbədə iki ayrı şəxsə məxsus evlərdə anidən yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğınların söndürülməsi istiqamətində iş gedir.
Mənbə: apa.az