Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 21 Nov 2023 09:07
Noyabrın 20-i gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.
Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun da bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.





Mənbə: apa.az