“Fənərbaxça” “Qalatasaray”ı məğlub edərək, Türkiyə Superkubokunun qalibi olub

Tarix: 10 Jan 2026 21:49

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.

Sarı-lacivərdlilər” komandanın yeni transferi Mateo Genduzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.

Qeyd edək ki, “Fənərbaxça” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.

Türkiyə Superkuboku Final 19:45. “Qalatasaray” - “Fənərbaxça” - 0:2 Qol: M. Genduzi, 28, C. Ostervolde, 48

Xəbər Lenti