Çərşənbə, 24 İyun, 2026
Tarix: 16 Jan 2024 13:44
Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.
“Qafqazinfo” bu barədə komitənin saytına istinadən xəbər verir.
DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.
O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.
Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.
Mənbə: qafqazinfo.az