Bakıda vaqon deposunda yanğın olub

Bakıda vaqon deposunda yanğın olub

Tarix: 16 Jan 2024 13:46

Bakıda vaqon deposunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti