Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 16 Jan 2024 15:21
Almaniya kansleri Olaf Şolts ölkəsində keçirilən həndbol üzrə Avropa çempionatının matçını izləmək üçün getdiyi zalda fitə basılıb.
“Qafqazinfo” xəbər verir ki, o, Almaniya – Şimali Makedoniya oyununa baxmaq üçün arenaya gedib.
Olaf Şolsun arenaya gəldiyi elan edilərkən azarkeşlər onu fitə basıb.
Almaniya Həndbol Assosasiyasının rəhbəri Aksel Kromer bu hadisə ilə bağlı açıqlama verib: “Çox təəssüf ki, azarkeşlər cənab Şoltsu fitə basdı. Ancaq başqa tərəfdən ümid edirəm ki, oyun onun xoşuna gəlib”.
Mənbə: qafqazinfo.az