Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər

Tarix: 11 Jan 2026 12:06

Son illərin ən genişmiqyaslı hökumət əleyhinə etirazları fonunda İranda vəziyyətin müzakirə edildiyi bir vaxtda ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı danışıqlar səbəbilə İsrail yüksək hazırlıq vəziyyətinə gətirilib.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi müzakirələrin gedişi ilə tanış olan üç israilli mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, şənbə günü keçirilən telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonun İranda mümkün müdaxiləsi mövzusuna toxunublar.

Agentliyin mənbəyi söhbətin baş tutduğunu təsdiqləsə də, onun məzmunu ilə bağlı əlavə məlumat verməyib.

İsrail ABŞ İran Benyamin Netanyahu Marko Rubio Reuters hökumət əleyhinə etirazlar siyasi gərginlik mümkün müdaxilə Yaxın Şərq

Xəbər Lenti