Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var - YENİLƏNİB

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var - YENİLƏNİB

Tarix: 16 Jan 2024 18:18

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

17:48

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.

Mənbə: apa.az

Xəbər Lenti