Hələb valisi şəhərdə təhlükəsizlik və sabitliyin mərhələli şəkildə təmin edildiyini bildirib

Tarix: 11 Jan 2026 15:22

Hələb valisi Əzzam əl-Qarib bildirib ki, Suriya ordusunun YPG terror təşkilatına qarşı həyata keçirdiyi dəqiq əməliyyatlardan sonra Hələb şəhərində təhlükəsizlik və sabitlik mərhələli şəkildə yenidən təmin edilir.

APA xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA-ya açıqlama verən Hələb valisi Qarib deyib: “Şəhərimizdə narahatlıq dövrü artıq geridə qalıb. Hələb bu gün xalqının birliyi ilə güclüdür, iradəsi ilə qorunur və təhlükəsizdir.”

Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində təhlükəsizliyin tədricən sabitləşdiyini bildirən vali, şəhərdə yenidən asayiş və təhlükəsizlik mühitinin formalaşdığını qeyd edib.

Təhlükəsizliyin daimi xarakter alması məqsədi ilə ərazidə işlərin davam etdiyini vurğulayan Qarib, əhalinin normal həyata qayıda bilməsi üçün aidiyyəti qurumların bütün məhəllələrdə fasiləsiz fəaliyyət göstərdiyini bildirib.

Hələb valisi Qarib əlavə edib: “Hələb bu gün təhlükəsizdir. Allahın izni ilə sabahları daha da sabit olacaq.”

Suriya Hələb Əzzam əl-Qarib Suriya ordusu YPG Şeyx Məqsud Əşrəfiyyə Bəni Zeyd təhlükəsizlik sabitlik hərbi əməliyyat Yaxın Şərq

Xəbər Lenti