Səfir: “İranda hakimiyyətin devrilməsi HAMAS, Hizbullah və Husilərin sonu olacaq”

Tarix: 11 Jan 2026 19:23

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi bildirib ki, İranın hazırkı hakimiyyətinin uzaqlaşdırılması İranın dəstəklədiyi HAMAS, “Hizbullah” və “Husilər” kimi silahlı qruplaşmaların da sonu demək olacaq.

APA xəbər verir ki, səfir bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Əgər İran xalqı 46 ildən artıq davam edən nifrət dolu və səriştəsiz idarəçiliyə son qoymağı seçərsə, bu, təhsil, incəsənət, musiqi və güc üzərində qurulmuş fars mədəniyyətinin bərpasına, eyni zamanda HAMAS, Hizbullah və “Husilər”in də sona çatmasına gətirib çıxara bilər”, – deyə Hakkabi yazıb.

İran ABŞ İsrail Mayk Hakkabi etirazlar İran rejimi HƏMAS Hizbullah husilər Donald Tramp Yaxın Şərq beynəlxalq siyasət

Xəbər Lenti