Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub

Tarix: 11 Jan 2026 19:02

Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Zərərin miqdarı hələ də müəyyən edilir.

Baş Qərargah Müdafiə Qüvvələrinin Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistematik şəkildə zəiflətməyə davam etdiyini vurğulayıb.

Zərbələr Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə endirilib.

Ukrayna Rusiya təhlükəsizlik diplomatik görüş beynəlxalq münasibətlər

Xəbər Lenti