Avstraliyada meşə yanğınları nəticəsində bir nəfər ölüb, 300 bina məhv olub

Tarix: 11 Jan 2026 18:55

Avstraliyanın cənub-şərqində geniş əraziləri əhatə edən meşə yanğınları nəticəsində bir nəfər həyatını itirib, 300 ev və digər tikililər tamamilə yanaraq məhv olub.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, yanğınlar bir neçə gündür ölkənin onlarla bölgəsində davam edir. Əsasən Viktoriya ştatında qeydə alınan yanğınlar, eyni zamanda Yeni Cənubi Uelsdə də yayılıb və Böyük London ərazisindən demək olar ki, iki dəfə böyük sahəni əhatə edib.

Viktoriya ştatında fövqəladə vəziyyət elan edilib. Minlərlə yanğınsöndürən və 70-dən çox hava vasitəsi alovlarla mübarizə aparır. Onlarla yaşayış məntəqəsində yaşayan sakinlərə evlərini tərk etmələri tövsiyə olunub.

Rəsmilər bildirirlər ki, son dərəcə isti, quraq və küləkli hava şəraiti ilə qidalanan bu yanğınlar bir neçə həftə davam edə bilər.

Avstraliya meşə yanğınları Viktoriya Yeni Cənubi Uels fövqəladə vəziyyət təbii fəlakət yanğın insan itkisi evlərin məhv olması

Xəbər Lenti