İstanbulda qeyri-sabit hava şəraiti ilə əlaqədar məktəblərdə tətil elan edilib

Tarix: 11 Jan 2026 20:42

İstanbulda əlverişsiz hava şəraiti səbəbilə sabah şəhər üzrə bütün təhsil müəssisələrində tədrisə bir gün fasilə verilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Qeyd edək ki, sabahdan etibarən Kahramanmaraş və Tunceli vilayətlərində də qarlı hava şəraiti ilə əlaqədar məktəblərdə iki günlük tətil elan olunub.

Dəryanur Cəfərova

Xəbər Lenti