Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 11 Jan 2026 20:38
Böyük Britaniya Ukrayna üçün 300 milə qədər mənzilə malik yeni "Nightfall" ballistik raketi hazırlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "Nightfall" 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunacaq. Böyük Britaniyanın Müdafiə Nazirliyi 9 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində üç sınaq raketi hazırlamaq və təchiz etmək üçün bir neçə şirkətə müraciət edib.