Bundesliqa: “Bavariya” "Volfsburq"un qapısından 8 top keçirib

Tarix: 11 Jan 2026 22:46

Almaniya Bundesliqasında XVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.

"Borussiya Münhenqladbax" öz meydanında "Auqsburq"la üz-üzə gəlib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.

Lider "Bavariya" isə "Volfsburq"u meydana çıxmağa peşman edib. Bavyera təmsilçisi rəqibini 8:1 hesabı ilə darmadağın edib.

ApaSport

Xəbər Lenti