Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 11 Jan 2026 21:48
“Kuba 66 ildir ki, ABŞ-ın hücumuna məruz qalır və müstəqilliyini son damla qanına qədər müdafiə etməyə hazırdır.”
APA xəbər verir ki, bunu Kuba prezidenti Migel Diaz-Kanel öz “X” hesabında bildirib.
"Kuba azad, müstəqil və suveren bir ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə etmir. Kuba hücum etmir, ABŞ tərəfindən hücuma məruz qalır və təhdid etmir. Kuba, hazırlaşır və özünü son damla qanına qədər müdafiə etməyə hazırdır", - Migel Diaz-Kanel yazıb.