Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 11 Jan 2026 23:47
Böyük Britaniya və Almaniyanın rəhbərlik etdiyi bir qrup Avropa ölkəsi Qrenlandiyaya əlavə qoşun göndərməyi nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Avropanın adada artan hərbi varlığı ABŞ prezidenti Donald Trampa və onun administrasiyasına Aİ-nin adanın və bütövlükdə Arktikanın təhlükəsizliyini təmin etməkdə ciddi olduğunu nümayiş etdirəcəyinə ümid edir.
Xüsusilə də Almaniya Arktikanı qorumaq üçün adaya birgə NATO missiyası göndərməyi təklif etməyi planlaşdırır.