İranda Mossadla əməkdaşlıq etməkdə ittiham edilən iki nəfər saxlanılıb

Tarix: 12 Jan 2026 01:36

İranın Şimali Xorasan vilayətində İsrail kəşfiyyatı Mossadla əlaqəsi olan iki casus saxlanılıb.

APA xəbər verir ki, bu barədə Tasnim agentliyi İran kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda həmin şəxslərin aksiyalar zamanı zorakılıq aktlarının təşkilində əsas şəbəkə rəhbərləri kimi rol oynadıqları bildirilir.

Saxlanılan şəxslərin üzərində rabitə və casusluq avadanlıqları, eləcə də müəyyən miqdarda döyüş sursatı ilə birlikdə silahlar aşkarlanıb.

Xəbər Lenti