Avropanın müdafiə komissarı: Aİ-ni 100.000 nəfərlik ordu yaratmalıdır

Tarix: 12 Jan 2026 01:18

Avropa Birliyi ABŞ-ın Avropadan çıxarmaq niyyətində olduğu kontingenti əvəz etmək üçün öz 100 min nəfərlik silahlı qüvvəsini yaratmalıdır.

APA xəbər verir ki, bunu müdafiə və kosmik məsələlər üzrə Avropa komissarı Andrius Kubilius bildirib.

"100.000 ABŞ əsgəri eyni ölçülü birləşmiş Aİ silahlı qüvvələri ilə əvəz olunmalıdır", - o deyib.

O, bundan başqa təhlükəsizlik məsələlərinə cavabdeh olan bir qurum yaratmağı da təklif edib.

Xəbər Lenti