"Barselona” finalda “Real” Madridi məğlub edərək, İspaniya Superkubokunun qalibi olub

Tarix: 12 Jan 2026 01:12

Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.

Apasport.az xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə bu İspaniya Superkubokunun sahibi olub.

İspaniya Superkuboku Final 23:00. “Barselona” - “Real Madrid” - 3:2 Qol: Rafinya, 35, 73, Vinisius Jr, 45+2, R. Levandovski, 45+4, Q. Qarsiya, 45+6

ApaSport

Xəbər Lenti