Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 06:28
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı əlavə tədbirləri müzakirə etmək üçün görüşəcək.
APA xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti dövlət rəsmilərinə istinadən məlumat yayıb.
"Prezidentin yüksək vəzifəli administrasiya rəsmiləri ilə planlaşdırılan görüşü növbəti addımlara yönələcək. Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin çərşənbə axşamı keçiriləcək görüşdə iştirakı gözlənilir", - məlumatda deyilir.
İrana qarşı əlavə tədbirlərə İranın hərbi və mülki hədəflərinə qarşı gizli kibersilahların yerləşdirilməsi, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi və hərbi zərbələr daxil ola bilər.