Tramp İran nümayəndələri ilə görüşə bilər

Tramp İran nümayəndələri ilə görüşə bilər

Tarix: 12 Jan 2026 07:34

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı Trampla telefon danışığı baş tutub.

"Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp deyib.

Mənbə: apa.az

Xəbər Lenti