Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 08:01
İranın Məşhəd şəhərində narkotiklərlə mübarizə idarəsinin rəisi silahlı şəxslərin hücumu zamanı həlak olub.
APA xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
"Məşhəddə şəhərin narkotiklərlə mübarizə idarəsinin rəisi Cavad Keşavərz silahlı terrorçular tərəfindən öldürülüb", - məlumatda deyilir.