Ermənistan Baş Prokurorluğu Samvel Karapetyan barəsində qərardan şikayət verib

Tarix: 12 Jan 2026 12:24

Ermənistan Baş Prokurorluğu “Tashir Group” şirkətinin prezidenti Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən şikayət verib. APA xəbər verir ki, bu barədə “Newsarmenia” şirkətin hüquqşünası Aram Vardevanyana istinadən məlumat yayıb. Vardevanyanın sözlərinə görə, Baş Prokurorluq bu məsələyə dair ərizəni yanvarın 5-də İstintaq Komitəsinə təqdim edib. Hüquqşünas bildirib ki, prokurorluq Karapetyanın yenidən həbs edilməsini tələb edir. Qeyd edək ki, 30 dekabr 2025-ci il tarixində onun barəsində tətbiq olunan həbs tədbiri dəyişdirilərək girov müqabilində ev dustaqlığı ilə əvəzlənib.

İlqar Xudiyev Karapetyan Ermənistan Baş Prokurorluq

Xəbər Lenti