Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 12:51
Türkiyədə Quru Qoşunları Komandanlığı ilə bağlı tender istintaqı çərçivəsində 6-sı hərbçi olmaqla ümumilikdə 26 nəfər saxlanılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilən əməliyyat zamanı Quru Qoşunları Komandanlığına məxsus hərbi yük və sərnişin daşınması tenderlərində dövlətə təxminən 23 milyon 578 min TL ziyan vurulduğu iddia olunur.
Əməliyyat nəticəsində şübhəli bilinən şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.
Dəryanur Cəfərova Türkiyə Quru Qoşunları Komandanlığı