Rusiya hərbi texnika ixracında rekord qırdığını açıqlayıb

Tarix: 12 Jan 2026 15:25

Rusiya hərbi texnika ixracında rekord qırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin birinci müavini Denis Manturov bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi texnika ixracının portfeli 70 milyard dollara çatıb

Denis Manturov bildirib ki, yerli texnika xüsusi hərbi əməliyyatda (Ukrayna müharibəsi-red) istifadəsi ilə özünü tanıtdırır.

"Bu, ilk növbədə hava hücumundan müdafiə sistemləri, aviasiya və reaktiv yaylım atəşləri buraxılışlı raket sistemlərinə aiddir. Bizim PUA-larımıza və elektron mübarizə sistemlərimizə böyük maraq var. Sizə bəzi rəqəmlər verə bilərəm. 2022-ci ildən əvvəl portfelin maksimum həcmi 55 milyard dollar olub ", - Rusiya Baş nazirinin birinci müavini qeyd edib.

Fərid Əkbərov Rusiya hərbi texnika

Xəbər Lenti