Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 17:40
Ukrayna Ali Radası özəl məktəblərdə rus dilində tədrisi qadağan etmək təklifini irəli sürüb.
APA xəbər verir ki, bu barədə müvafiq qanun layihəsi parlamentin rəsmi saytında yerləşdirilib.
Qanun layihəsinin təşəbbüskarları Radanın bir qrup deputatıdır. Sənəd orta ümumtəhsil haqqında qanuna dəyişikliklər etməyi nəzərdə tutur və özəl məktəblərə tədris dilini müstəqil seçmək hüququnun ləğvini ehtiva edir.
Hazırda qüvvədə olan qanunvericilik özəl məktəblərə tədris dilini özləri müəyyən etmək imkanı verir. Yeni qanun layihəsi isə bu hüququ onlardan alacaq.
Qeyd edək ki, Odessa şəhərindəki bəzi məktəblərdə rus dilində danışan şagirdlərə qarşı artıq cərimələr tətbiq edilir.
İlqar Xudiyev Rus dili gadağası Ukrayna Rada