Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 18:46
İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff etiraz aksiyalarını müzakirə edib.
APA xəbər verir ki, bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, tərəflər növbəti günlərdə görüş keçirmək barədə danışıblar.
Əraqçi və Uitkoff arasında əlaqənin telefon və ya yazı vasitəsilə qurulduğu barədə məlumat verilməyib.
Ağ Ev və Dövlət Departamenti “Axios” un sorğusuna cavab verməyib.
Qeyd edək ki, bundan əvvəlı İranın xarici işlər nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Əraqçi və Uitkoff arasında əlaqə kanalının açıq olduğunu və lazım olduqda bu kanal vasitəsilə hər iki tərəfin mesajlarının qarşı tərəfə göndərildiyini deyib.
Toğrul Quluzadə Əraqçi Uitkoff ABŞ İran