Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 17 Jan 2024 13:18
"Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, sessiya müddətində komitə sədri və üzvləri Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə layihəni hazırlamalıdır.
Mənbə: apa.az