Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 17 Jan 2024 14:09
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının düşərgəsinə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, yığmamızın forvardı 1-ci liqa təmsilçisinin məşqində iştirak edib.
R.Şeydayev aşağı divizon təmsilçisinin növbəti turda “Eyüpspor”a qarşı keçirəcəyi matçda iştirak edə bilər.
Forvard Kocaeli klubu ilə 2025-ci ilin yayına qədər müqaviləyə imza atıb.
Mənbə: qafqazinfo.az