ABŞ-ın İsraildəki səfiri: Vaşinqton İranda rejim dəyişikliyi planlaşdırmır

Tarix: 13 Jan 2026 00:19

"ABŞ İranda rejim dəyişikliyinə dəstək vermək və ya hərbi əməliyyat başlatmaq niyyətində deyil".

APA xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi "Sky News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İranda hakimiyyət dəyişikliyini sürətləndirməyə çalışmır: “Düşünmürəm ki, bu, ABŞ-ın fəal şəkildə cəlb olunduğu və ya sürətləndirməyə çalışdığı bir prosesdir”.

Diplomat qeyd edib ki, məsələ ilk növbədə hörmət prinsipinə dayanır. Hakkabinin sözlərinə görə, Tramp İrandakı hakimiyyətin öz vətəndaşlarını etiraz etdiklərinə görə öldürməməli, şikəst etməməli və işgəncələrə məruz qoymamalı olduğunu açıq şəkildə vurğulayır.

Mayk Hakkabi əlavə edib ki, hazırda ABŞ və ya İsrailin İrana qarşı hərbi münaqişəyə başlamaq planı yoxdur. O, belə qərarların səfirin səlahiyyətində olmadığını və yalnız Vaşinqtonda qəbul edildiyini də əlavə qeyd edib.

Xəbər Lenti